• HAQQIMIZDA

      Bu günün neft və qaz sahəsində peşəkar bir podratçının proyektin hər bir addımında iştirakı deməkdir. Özü-özlüyündə aydındır ki, ağır yüklərin qaldırılması və daşınması bu kimi digər layihələrdə əhəmiyyəti böyük rol oynayır.Heavy Crane şirkəti fəaliyyətə başladığı gündən ağır yüklərin etibarlı qaldırılması xidməti sahəsində şöhrət qazanmışdır. Uzun illərin təcrübəsi ilə, ixtisaslı kadr və lazımi qaydada saxlanılan avadanlıqlar bizə icazə verir ki müstəqil şəkildə Azərbaycanda və mərkəzi Asiya bölgələrində layihələrdə iştirak edək. Xidmət sahəmizə daxildir : Ağır tırtıllı kranlar, Avtomobil və Mobil kranlar, Tikinti avadanlıqları, Qülləli kranlar, ağır yüklərin daşınması və hidravlik avadanlıqlar. Bizim əməliyyat bazası və əsas ofis yerləşir Xəzər dənizinin Azərbaycan, Bakı bölgəsində. Bizim Mərkəzi Asiya regionlarında yerləşməyimiz sizin ehtiyac və ya hər hansı bir xidmətiniz üçün səmərəli podratçı olmaq imkanını verir. Bizim idarə heyyəti komandası, mühəndislər və operatorlar qlobal təcrübəlidir və müştərilərimiz üçün ən iqtisadi, təhlükəsiz, keyfiyyətli işləri təqdim edir. Bizim bütün avadanlıqlar daimi şəkildə Avropa və Amerika standartlarına uyğun olaraq test və təmir edilir və sertifikatlaşdırılır.

  • ŞİRKƏT PROFİLİ
  • SƏTƏM
  • KG

HEAVY CRANE

ƏSAS FƏALİYYƏT NÖVÜ

  • Şirkət xüsusi diqqəti ARDNŞ-ə aid Layihələrə, Müəssisələrə, Əməliyyatlara, Alyanslara, Müqavilələrə, Birgə Müəssisələrə və s. (ABƏŞ, BP, HPB Layihələrində) yetirməklə verilən kranlara və verilən əsas vəsaitə texniki baxış keçirir, onun servisini, təmirini, bərpasını və sınağını həyata keçirir və gündəlik əməliyyatları aparır

YARANMA TARİXİ

2009

 

SƏTƏM İdarəetmə Sistemi

SƏTƏM İdarəetmə Proqramı, SƏTƏM İdarəetmə prinsiplərini sənədləşdirən çərçivə sənəd kimi tərtib edilmişdir ki, burada əməliyyatdan öncə və əməliyyat zamanı tələb olunan SƏTƏM tədbirləri təsvir edilir.

Bunlar daimi olaraq uyğunluq yoxlaması ilə təkminləşdirilir. 

  • Günbə gün standartlar və proseduralar (nəzarət edilir)
  • İdarə etmə sistemləri və sənədlər (düzəlişlər)
  • Təhlükəsizlik (inkişaf etdirilir).

Keyfiyyət İdarəetməsi

Bütün işlərin təhlükəsiz şəkildə başa çatdırılması və məqsədlərə çatmaq məqsədilə Heavy Cranedə işlərin təşkilində keyfiyyətə təsir göstərən texniki, inzibati və insan amilləri hər zaman nəzərə alınır. Bu isə öz növbəsində, keyfiyyətdə olan qüsurların azaldılması, aradan qaldırılması və qarşısının alınmasında mühüm rol oynayır.